
Son bir ildə İspaniyaya qeyri-qanuni mühacirlərin sayı 66,2 faiz artıb.
Gununsesi.info xəbər verir ki, bu barədə İspaniya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, yanvarın 1-dən avqustun 15-dək İspaniyaya 31 min 155 qeyri-qanuni immiqrant daxil olub.
Bu rəqəm 18 min 745 qeyri-qanuni immiqrantın gəldiyi əvvəlki ilin eyni dövrü ilə müqayisədə yüzdə 66,2 artımla diqqət çəkib.
2024-cü ildə 15 avqusta qədər İspaniyaya qeyri-qanuni yollarla daxil olan qeyri-qanuni immiqrantlardan 29 min 512-si dəniz yolundan istifadə edib.
Qərbi Afrika sahillərinə ən yaxın yerdə yerləşən Kanar adaları, son illərdə olduğu kimi bu il də qeyri-qanuni mühacirlərin ən çox istifadə etdiyi marşrutlar sırasında olub.
Nəzarət oluna bilməyən qeyri-qanuni mühacir axınına qarşı diplomatik təşəbbüsləri artırmağa qərar verən İspaniya hökumətinin baş naziri Pedro Sançes son 6 ayda ikinci dəfə Qərbi Afrika ölkələrinə səfər etmək qərarına gəlib.
O, fevral ayında Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula von der Leyen ilə birlikdə Mavritaniyaya gedib və qeyri-qanuni miqrasiya ilə mübarizə üçün Aİ-nin 210 milyon avroluq yardım paketini açıqlayıb.
Sançes bu dəfə isə 27-29 avqust tarixlərində Mavritaniya, Seneqal və Qambiyaya səfər edəcək və yeni yardımları müzakirə edəcək.
AB məlumatlarına görə, İspaniyaya doğru qeyri-qanuni miqrasiyanın əsas çıxış nöqtələrindən biri olan Mavritaniyada 150 mindən çox afrikalı köçkün yaşayır.
Digər tərəfdən, İspaniyanın Şimali Afrikadakı Seuta şəhəri və Kanar adalarının səlahiyyətliləri qeyri-qanuni miqrantların, xüsusən də uşaqların yerləşdirilməsində böyük çətinliklər yaşadıqlarını və sosial yardım mərkəzlərinin onların imkanlarından çox dolu olduğunu bildirib.
İspaniyanın qeyri-hökumət təşkilatı Caminando Fronteras (Gəzinti Sərhədləri) Şimali Afrikadan İspaniyaya dəniz yolu ilə qeyri-qanuni miqrasiyanın bu ilin ilk 5 ayında 5 mindən çox immiqrantın ölümünə səbəb olduğunu açıqlayıb.
Bölgədəki ölkələri qeyri-hökumət təşkilatı olaraq günahlandırıb və lazımi ehtiyat tədbirlərinin görülməsini tələb edib.
İlhamə
Gununsesi.info