Ermənistan ABŞ-dan nüvə texnologiyaları əldə edə bilər

  • By ilhame
  • 22 Avqust 2024 14:00

ABŞ Ermənistanın nüvə sahəsində əməkdaşlığa dair “123 Agreement” razılaşmasına qoşulmaqla bağlı müraciətini nəzərdən keçirir.

 

Gununsesi.info Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı ABŞ Dövlət departamentinin nümayəndəsi yayıb.

Bildirilir ki, sözügedən razılaşmaya qoşulmaq Ermənistana ABŞ-nın mülki nüvə enerjisi texnologiyalarını əldə etmək imkanı verəcək.

 

Departament danışıqların detallarını açıqlamasa da, Ermənistanın müraciətinə diqqət ayrıldığı qeyd olunub.

 

ABŞ-nın federal qanununa əsasən, digər ölkələrə nüvə texnologiyalarının verilməsi üçün ABŞ-nin Atom Enerjisi Agentliyi barədə qanunun 123-cü bölməsini imzalamaq tələb olunur. ABŞ 2022-ci ilə qədər 48 ölkə və ərazi ilə bu cür razılaşma imzalayıb.

Gununsesi.info