“Bu seçicilərə seçki bülleteni verilməyəcək” – Məzahir Pənahov

  • By Günel
  • 22 Avqust 2024 17:51

Vətəndaşlar barmağına xüsusi mürəkkəbin çilənməsinə icazə vermirsə, ona seçki bülleteni verilməyəcək.

Gununsesi.info xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

O qeyd edib ki, həmin vətəndaşlar dərhal seçki məntəqəsini tərk etməlidir.

“Amma ona qarşı heç kim məcburetmə tətbiq edə bilməz”,- deyə MSK sədri qeyd edib.

Gununsesi.info