Rusiya Müdafiə nazirinin sabiq müavini həbs edilib

  • By admin
  • 30 Avqust 2024 08:12

Rusiya İstintaq Komitəsi avqustun 29-da bildirib ki, müdafiə nazirinin keçmiş müavini Pavel Popova qarşı dələduzluq ittihamı ilə istintaq başladıb.
Hazırda Rusiyada hərbi vəzifəlilərə qarşı təzyiq kampaniyası aparılır.

İstintaq Komitəsi Rusiya ordusunun generalı olan Popovun saxlandığını bildirib.

Popov bu ilin iyununda, 11 il müdafiə nazirinin müavini postunda çalışandan sonra vəzifədən kənarlaşdırılıb.

O, nazirliyin 2021-24-cü illərdə Moskva yaxınlığındakı Patriot Parkında əməliyyatlara nəzarət zamanı saxta yollarla qanunsuz varlanmada şübhəli bilinir.

İttihamnaməyə görə, Popov Patriot Parkının direktoru Vyaçeslav Axmedov və nazirliyin İnnovativ İnkişaf Departamentinin rəis müavini, general mayor Vladimir Şesterov ilə birlikdə qanunsuz hərəkətlərə yol verib.

Axmedov və Şesterov avqustun əvvəlində mənimsəmə ittihamları ilə saxlanılıblar. Daha ətraflı şərhdəki linkdən oxuyun.

 

Gununsesi.info