Qəzzaya humanitar yardım daşıyan 210-dən çox yük maşını gəlib

Qəzza zolağına humanitar yardım daşıyan 210-dan çox yük maşını, yemək bişirmək və həyati vacib infrastrukturun saxlanması üçün məişət qazı olan 6 çən buraxılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Ynet News portalı Müdafiə Nazirliyi yanında İsrail Hökumətinin Fələstin Ərazilərindəki Fəaliyyətlərinin Əlaqələndirilməsi Ofisinə (COGAT) istinadən xəbər verir.

Bildirilib ki, humanitar yardım daşıyan 216 yük maşını Qəzza zolağına yollanıb.

165-i Kerem Şalom keçid məntəqəsindən, 51-i Erez keçid məntəqəsindən keçib. Onlar qida və tibbi avadanlıq, o cümlədən poliomielit peyvənd daşıyırlar.

Humanitar təşkilatlar İsraili Qəzza əhalisinin humanitar yardıma çıxışını qəsdən məhdudlaşdırmaqda ittiham edir.

İsrail isə belə məhdudiyyətlərin olmadığını israr edir.

 

 

Gununsesi.info