Tramp Zukerbergi həbslə hədələyib

  • By Günel
  • 29 Avqust 2024 10:15

Əgər “Meta” şirkəti ABŞ-də prezident seçkisində Donald Trampa qarşı sui-qəsd hazırlayarsa, Mark Zukerberg ömrünün qalan hissəsini həbsdə keçirə bilər.

Gununsesi.info “Politico”ya istinadən xəbər verir ki, bu barədə ABŞ-nin keçmiş prezidenti bildirib.

“Əgər o bu dəfə qeyri-qanuni bir iş görsə, ömrünün qalan hissəsini həbsxanada keçirəcək – 2024-cü il prezident seçkisində saxtakarlıq etmiş digərləri kimi”, – deyə Tramp gələn həftə buraxılması planlaşdırılan kitabında yazıb.

ABŞ prezidentliyinə namizəd Zukerberqin 2020-ci il seçkisi zamanı ona qarşı sui-qəsd hazırladığına inanır. Tramp Zukerbergi yenidən sui-qəsd cəhdinə görə həbsxanaya göndərməklə hədələyib.

 

Gununsesi.info