BMT Qəzzada humanitar yardım maşınlarının hərəkətini dayandırıb

  • By Günel
  • 29 Avqust 2024 11:45

BMT-nin Ümumdünya Ərzaq Proqramı Qəzza zolağı boyunca humanitar yardım avtomobilləri də daxil olmaqla, bu quruma məxsus nəqliyyat vasitələrinin hərəkətini dayandırıb.

Gununsesi.info-nun “BBC“yə istinadən xəbərinə görə, bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, qərar avqustun 27-də humanitar yardım karvanını müşayiət edən avtomobilin atəşə tutulmasına cavab olaraq verilib.

Qurum həmçinin, İsrail hökumətini bu silahlı insidenti araşdırmağa çağırıb.

 

Gununsesi.info