“Qarabağ” daha 2 futbolçusu ilə yollarını ayırdı - FOTO

  • By Günel
  • 11 İyun 2025 23:15

“Qarabağ” klubu daha 2 futbolçusu ilə yollarını ayırıb.

Gununsesi.info Ağdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, bunlar Marko Veşoviç və Patrik Andradedir.

“Qarabağ” formasında göstərdiyin əzmkarlıq, mübarizə və fədakarlıq heç vaxt unudulmayacaq”, – deyə monteneqrolu yarımmüdafiəçi ilə bağlı paylaşımda bildirilir.

Kabo verdeli yarımmüdafiəçi üçün isə bu sözlər yazılıb: “Komandamıza verdiyin töhfələr, yaşatdığın anlar üçün təşəkkür edirik”.

Hər iki oyunçuya yeni karyera yollarında uğurlar arzulanıb.

Gununsesi.info