Sahibə Qafarova Vatikana səfərə getdi

Milli Məclisin sədri Sahibə Qafarova Vatikana səfərə gedib.

Gununsesi.info xəbər verir ki, bu barədə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, mayın 17-də S.Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Roma Papası XIV Leonun rəsmi andiçmə mərasimində iştirak etmək üçün Vatikana işgüzar səfərə gəlib.

Roma şəhərinin beynəlxalq hava limanında spikeri Vatikan rəsmiləri, Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov və ölkəmizin İtaliyadakı səfiri Rəşad Aslanov qarşılayıblar.

Gununsesi.info