Ərdoğan Azərbaycanla bağlı bilərəkdən-bilməyərəkdən ciddi səhvlərə yol verir -AKİF AŞIRLI YAZIR

Türkiyə Cümhurbaşqanı Ərdoğanı Azırbaycanda sevməyən çətin ki, tapılsın. Hamı sevir, təqdir edir, hətta şəklini evinin ən gözəl yerində saxlayanlar da var. Gözəl şeir söyləməyi də ayrıca bir aləmdir.

Amma Türkiyə mərkəzli Turan qurmaq istəyən Ərdoğan son illər Türk dünyası və Azərbaycanla bağlı bilərəkdən- bilməyərəkdən ciddi səhvlərə yol verir, Türkiyə sərhədlərindən kənarda olan türkləri qəlbən ruhən incidir.

PKK- nın silah buraxması, toplumda barışın oluşu üçün nəzərdə tutulan, oxunan məruzədə mütləq tarixdə qardaş savaşı kimi qınanılan Çaldıran savaşı anılmalıydı? Belə çıxır ki,  ərəb-kürd- Türk ortaq birliyi bir Türk dövlətiylə savaşıb  və qələbə qazanıb. Bu savaşın ərəb, türk, kürd ortaqlığı ilə qazanıldığını xüsusi vurğu ilə söyləmək kimə və nəyə lazımdır? Şah İsmayıl, Əmir Teymur, Yıldırım Bəyazid, Sultan Səlim, Türk tarixinin qəhrəmanlıq salnaməsini yazmış Türkdür, onların yanlışlıqları da, uğurları da bizimdir. Tarixin qaranlıq səhifələri isə aydınlıqdan çox bəzən topluma qaranlıqlar gətirir. Ərdoğanın müşavirləri, köməkçiləri bu barədə nə düşünürlər görəsən?

 

Akif Aşırlı 

“Şərq” qəzetinin təsisçisi və baş redaktoru

Gununsesi.info