Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu

Daha bir həmyerlimiz Rusiya-Ukrayna müharibəsində həlak olub.

Gununsesi.info xəbər verir ki, Qərbi Azərbaycanın Sisyan rayonunun Ağdü kəndindən olan, Omsk vilayətində doğulub boya-başa çatmış Quliyev Emin Səyyad oğlu döyüş tapşırığını yerinə yetirərkən aldığı güllə yarasından dünyasını dəyişib.

Həmyerlimizin 2024-cü ilin oktyabr ayında itkin xəbəri yayılmışdı. 2025-ci ilin may ayının 16-da Quliyev Emin Səyyad oğlunun döyüşlərdə həlak olması xəbəri ailəsinə bildirilib.

Gununsesi.info