
Ukrayna Prezidenti Vladimir Zelenski Vatikanda ABŞ-ın vitse-prezidenti Ceyms Devid Venslə görüşüb.
Gununsesi.info xəbər verir ki, görüş mayın 18-də Papa XIV Leonun taxta çıxma mərasimi zamanı baş tutub.
Onlar görüş zamanı bir-birlərinin əlini sıxıblar.
Xatırladaq ki, Zelenski ilə Vens arasında son görüş bu ilin fevral ayında Ağ Evdə baş tutub. Zelenski ABŞ-ın daha çox hərbi yardım göstərməsini tələb edib və bu, vitse-prezident Ceyms Devid Venslə Ukrayna lideri arasında mübahisəyə səbəb olub. Tramp Zelenskini ABŞ-a qarşı hörmətsiz davranışda, Vens isə Kiyevə göstərilən dəstəyə görə Vaşinqtona təşəkkür etməməkdə ittiham edib. Bu səbəblə daha sonra baş tutmalı olan mətbuat konfransı da ləğv edilib.


