Mingəçevirdə yol qəzası: 2 qadın xəsarət aldı

Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, iki maşının toqquşması nəticəsində müxtəlif bədən xəsarətləri alan 2 qadın xəstəxanaya çatdırılıb.

1960-cı il təvəllüdlü Ucar rayon sakini Svetlana Səmədova əməliyyat olunaraq, cərrahiyyə şöbəsinə yerləşdirilib. 57 yaşlı Şamba Süleymanovaya isə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info