Fransa Patriotlar Partiyasının lideri Florian Filippo ölkə prezidenti Emmanuel Makronun Tiranada keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla söhbəti zamanı alçaldıldığını deyib.

Gununsesi.info xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsindəki hesabında yazıb.

Filippo qeyd edib: “Makron Ərdoğana özünü ağıllı göstərmək istədi, amma alçalmış duruma düşdü!”

Epizod Avropa Siyasi Birliyinin Tiranada keçirilən toplantısı zamanı kameraya düşüb. Makron masa arxasında əyləşən Ərdoğana yaxınlaşaraq əlini Türkiyə liderinin əlinin üstünə qoyub. Onları arasında baş tutan söhbətin məzmunu açıqlanmır. Ərdoğan cəld əlini çəksə də, Makronun iki barmağından yapışıb. Fransa prezidenti bir barmağını Ərdoğanın ovcundan çıxara bilib. Türkiyə lideri gülümsəyərək oturduğu yerdən qalxmadan Makronun digər barmağını ən azı on saniyə saxlamağa davam edib.

Liderlər nəhayət, tərcüməçi vasitəsilə qısa söhbətlərini yekunlaşdırıblar, bundan sonra Ərdoğan Makronun əlini sığalladı və o, kənara çəkilib.

Gununsesi.info