
Ukrayna Prezidenti Volodimir Zelenski yeni Papa Leonun intronizasiyasında iştirak etmək üçün sabah Romaya gedəcək.
Gununsesi.info xəbər verir ki, məlumatı “Reuters” yayıb.
Ukrayna nümayəndə heyətinə birinci xanım Yelena Zelenskaya, Prezident Aparatının rəhbəri Andrey Yermak və xarici işlər naziri Andrey Sibiqa daxildir.
Mərasimdə ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens və dövlət katibi Marko Rubio iştirak edəcək.