Hikmət Hacıyev İrana getdi

Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İrana səfər edib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Bildirilib ki, Hikmət Hacıyev Tehran Dialoq Forumunda iştirak edir.

“Regional və beynəlxalq konsensus və inteqrasiya üçün dialoqlar” mövzusu ilə keçirilən forumda 53 ölkədən yüksək səviyyəli rəsmilər və BMT nümayəndələrinin də daxil olduğu 200-dən çox nümayəndə heyəti iştirak edir. Tədbirdə əsas müzakirə mövzuları sırasında sanksiyaların azaldılması ilə bağlı danışıqlar, nüvə və digər kütləvi qırğın silahları ilə bağlı məsələlər yer alır.

Qeyd edək ki, Tehran Dialoq Forumu iki gün davam edəcək.

Gununsesi.info