Azərbaycan Ordusunda psixoloqlarla təlim keçirildi - FOTO

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunda xüsusi psixoloji təlim təşkil olunub.

Gununsesi.info xəbər verir ki, məlumatı Müdafiə Nazirliyi yayıb.

Təlim Azərbaycan Ordusunda psixoloqların peşə hazırlığının artırılması istiqamətində atılan addımlar çərçivəsində keçirilib və hərbi psixoloqların müxtəlif ekstremal şəraitlərdə daha effektiv fəaliyyət göstərə bilmələri üçün nəzərdə tutulub.

Tədbir proqramına Türkiyədən dəvət edilmiş psixoloqlar “Şəxsiyyət pozuntuları”, “Blackboard terapiya” mövzularında təqdimatlarla çıxış ediblər. Mütəxəssislər tərəfindən iştirakçılara fərdlərarası sözlə təsirin qüvvəsi, özünü idarəetmə zamanı sözün təsir gücü, eləcə də şəxsiyyət pozuntularının göstəriciləri barədə ətraflı məlumatlar verilib.

Təlimin sonunda nəzəri və praktiki biliklərin qiymətləndirilməsi məqsədilə interaktiv tapşırıqlar yerinə yetirilib, həmçinin iştirakçıların sualları cavablandırılıb.