Böyük Britaniya Kooperativ üzvləri İsrail məhsullarının çıxarılmasına səs verirlər

Böyük Britaniyada Kooperativ Qrup (Kooperativ) üzvlərinin 73%-i İsrail məhsullarının supermarket rəflərindən yığışdırılmasını dəstəkləyib.

Gununsesi.info  xarici mediaya istinadən xəbər verir ki, Kooperativin illik ümumi yığıncağı keçirilib.

İclasda İsraillə bütün ticarətin dayandırılmasını tələb edən təklif səsverməyə çıxarılıb.

Kooperativ üzvlərinin təxminən 73 faizi təklifi dəstəkləyib. Təklifdə üzvlər Kooperativin idarə heyətini bütün İsrail mallarını ərzaq rəflərindən yığışdıraraq “mənəvi cəsarət və liderlik” göstərməyə çağırıblar.

Kooperativin Rusiya-Ukrayna müharibəsindən sonra “Rusiya məhsullarını boykot etmək” qərarına istinad edərək, “Biz Direktorlar Şurasını Rusiyaya aid olduğu eyni etik prinsipləri və dəyərləri tətbiq etməyə və bütün İsrail məhsullarını rəflərdən çıxarmağa çağırırıq” deyə bildirilib.

O da bildirilib ki, təklif yalnız məsləhət xarakteri daşıyır, lakin üzvlərin rəyi nəzərə alınacaq.

Kooperativin sözçüsü illik ümumi yığıncaqda İsraillə ticarətlə bağlı üzvlük təklifi qəbul edildiyini qeyd edib.

 

Orxan

Gununsesi.info