İsveçrədə keçirilən “Avroviziya-2025” mahnı müsabiqəsinin finalı başa çatıb.

Gununsesi.info xəbər verir ki, yarışmada Avstriya təmsilçisi – JJ (Yohannes Piç) “Wasted Love” mahnısı ilə qalib gəlib.

İkinci yeri İsrail, üçüncü yeri Estoniya təmsilçisi qazanıb.

“Arena Plus”da keçirilən yarışda 26 ölkə mübarizə aparıb.

Fransa, Almaniya, İspaniya, İtaliya, Böyük Britaniya və İsveçrə birbaşa finala çıxıb.

Səsvermənin yekun nəticəsinə əsasən, JJ ümumilikdə 436 xal toplayaraq birinci yeri tutub.