Putin Ukraynada uzunmüddətli müharibəyə hazırlaşır – Bloomberg

“Rusiya prezidenti Vladimir Putin əmindir ki, 2025-ci ilin sonuna qədər Rusiya ordusu Ukraynanın dörd vilayətində tam nəzarəti ələ keçirə biləcək”.

Gununsesi.info xəbər verir ki, bu barədə“Bloomberg” məlumat yayıb.

Məlumata görə, Putin hətta ABŞ-da Donald Trampla mümkün danışıqlar baş tutacağı təqdirdə belə, heç bir güzəştə getmək niyyətində deyil və uzunmüddətli müharibəyə hazırlaşır.

Kreml hesab edir ki, cəbhədə hərbi irəliləyiş mümkündür. Eyni zamanda, Putin ABŞ-ın yeni sanksiyalarını da ciddi maneə saymır və bu çətinlikləri aşa biləcəyinə inanır.

Avropa rəsmiləri isə ehtiyat edirlər ki, Tramp Ukraynanın mövqeyindən asılı olmayaraq, Kiyevi kompromisə məcbur edə bilər. Bildirilir ki, Tramp əvvəlcə Putinlə görüşəcəyini, yalnız bundan sonra Zelenski və NATO müttəfiqlərini məlumatlandıracağını vəd edib. Bu yanaşma Avropada Moskvanın mövqeyinə üstünlük veriləcəyi ilə bağlı narahatlıq yaradıb.

Mənbələrdən birinə görə, bütün atəşkəs və danışıqlar iddialarına baxmayaraq, Putin məqsədlərinə çatmaq üçün uzunmüddətli müharibəyə hazırdır. Analitiklər bildirirlər ki, Kreml Qərbdə siyasi dəyişikliyə xüsusilə Rusiyaya simpatiyası olan liderlərin hakimiyyətə qayıdışına ümid edir.

Ukrayna rəhbərliyi rəsmi münasibət bildirməsə də, daha əvvəl bəyan edib ki, Moskva beynəlxalq təzyiqlər altında belə ərazi güzəştlərinə getməyəcək.

Putin isə iddia edir ki, “xüsusi hərbi əməliyyat”ın məqsədlərinə çatmaq üçün Rusiyanın kifayət qədər qüvvə və resursları var.

 

 

 

Şəbnəm

Gununsesi.info