Heç kim sevdiyinə görə zorakılığa, təqibə məruz qalmamalıdır - AVROPALI DİPLOMATLARDAN PAYLAŞIM

  • By admin
  • 17 May 2025 15:17

Bugün – 17 may dünyada Beynəlxalq Homofobiya, Bifobiya və Transfobiya ilə Mübarizə Günü (IDAHOBIT) kimi qeyd edilir.

Gununsesi.info xəbər verir ki, bu münasibətlə Böyük Britaniyanın Bakıdakı Səfirliyi sosial şəbəkə hesabında paylaşım edib.

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auldun Avropa İttifaqına üzv dövlətlərin səfirləri ilə LGBT bayrağı fonunda çəkilmiş fotosunun altında paylaşılan qeyddə yazılır:

17 may Beynəlxalq Homofobiya, Bifobiya və Transfobiya ilə Mübarizə Günüdür (IDAHOBIT).

Böyük Britaniyanın Bakıdakı Səfirliyi öz mehriban diplomatları və əməkdaşları ilə birlikdə hamı üçün bərabərlik, ləyaqət və insan hüquqlarına sadiqliyini bir daha bəyan edir. Heç kim kim olduğuna, kimi sevdiyinə və ya özünü necə ifadə etdiyinə görə zorakılığa, təqibə və ya təcrid olunmamalıdır.

Orxan Saffari

Gununsesi.info