Baydenə prostat xərçəngi diaqnozu qoyuldu

ABŞ-nin keçmiş prezidenti Co Baydenə prostat xərçənginin “aqressiv forması” diaqnozu qoyulub.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ-nin 46-cı prezidentinin ofisinin bəyanatında deyilir.

“Cümə günü onda Qlison şkalası üzrə 9 bal (5-ci qrup) ilə xarakterizə olunan və sümüklərə metastaz vermiş prostat xərçəngi aşkarlanıb”, – bəyanatda qeyd olunur.

Məlumatda deyilir ki, Bayden ötən həftə “sidik ifrazı zamanı simptomlar yarandıqdan sonra prostat vəzində düyün aşkarlanması ilə əlaqədar” müayinə olunub. “Xəstəliyin daha aqressiv forması olmasına baxmayaraq, xərçəng, görünür, hormonlara həssasdır, bu da onu effektiv şəkildə müalicə etməyə imkan verir”, – bəyanatda bildirilir.

Gununsesi.info