35 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı - YENİLƏNİB

Xırdalanda 35 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Gununsesi.info xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov “Report”un sorğusuna cavab olaraq bildirib ki, hadisə mayın 16-da saat 22 radələrində baş verib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən 1998-ci il təvəllüdlü İ.Novruzov saxlanılaraq istintaqa təhvil verilib.

***

Xırdalan şəhərində dəhşətli qətl hadisəsi baş verib.

Gununsesi.info məlumat verir ki, 1990-cı il təvəllüdlü Heybət Mahir oğlu Quliyevin küçədə meyiti tapılıb. Onun boğazının kəsildiyi bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info