Qazaxda yol-nəqliyyat hadisələrində 5 nəfər xəsarət alıb

  • By ilhame
  • 30 Avqust 2024 21:30

Qazax rayonunda iki yol-nəqliyyat hadisəsi olub, 5 nəfər xəsarət alıb.

Gununsesi.info-nun Qərb bürosunun məlumatına görə, qəzalardan biri Daş Salahlı kəndində yaşlı piyadanı avtomobil vurub. Müxtəlif xəsarətlər alan piyada xəstəxanaya çatdırılıb.

Digər yol-nəqliyyat hadisəsi isə Qazax şəhərində, bazarın yaxınlığında qeydə alınıb. Avtomobilin maneəyə çırpılması nəticəsində 4 nəfər xəsarət alıb. Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Gununsesi.info