“Ermənistan müharibəyə hazırlaşır, Qərbdəki qüvvələr bu prosesi dayandırmasa… - Politoloqdan şok açıqlama

  • By Günel
  • 30 Avqust 2024 16:39

“Ermənistan müharibəyə hazırlaşır. Əgər Qərbdəki bəzi qüvvələr bu prosesləri dayandırmasalar erməni ordusu müəyyən vaxtdan sonra hücuma keçə bilər”.

Gününsesi.info Musavat.com -a istinadən bildirir ki, bu barədə politoloq Zaur Məmmədov deyib. Politoloq qeyd edib ki, Azərbaycan tərəfinin dəfələrlə beynəlxalq ictimaiyyəti xəbərdarlıq etməsinə baxmayaraq Makron- Paşinyan cütlüyü bölgəni yenidən müharibəyə qərq etmək istəyir.

“Hələlik Paşinyan guya ki, 2027 -ci ildə Konstitusiyasını dəyişəcəyi anonsunu verir. Niyə 2027? Əlbəttə, vaxt uzadaraq müharibəyə hazırlaşmaq üçün. Və ordusunu gücləndirir.

Sputnik çəkilişləri erməni ordusunun ciddi hazırlıqda olduğunu göstərir. Videoda 1 il fərqlə şərti sərhədlərdəki vəziyyət qeyd edilib. Amma Ermənistan rəhbərliyi bilsin ki, kiməsə ümid edib yenidən səhvə yol verərsə, hücuma keçərsə, adekvat cavabı alacaq”,- deyə Zaur Məmmədov bildirib.

Gununsesi.info