Aİ Ukraynaya 700 min mərmi hazırlayıb

Avropa İttifaqı Ukrayna üçün vəd etdiyi milyondan 700 min artilleriya mərmisi hazırlayıb. Sənaye təcil qazanmağa davam edir.

Gununsesi.info xəbər verir ki, bu barədə RBC-Ukrayna agentliyi baş avropalı diplomat Xosep Borrelin Aİ ölkələrinin xarici işlər nazirləri ilə görüşündən əvvəl verdiyi açıqlamaya istinadən məlumat verib.

“Biz hazırda təxminən 700 min 155 mm çaplı mərmi səviyyəsindəyik. Biz hələ hədəfdə deyilik, lakin Qərb öz imkanlarını artırır”, – deyə o bildirib.

Borrell vurğulayıb ki, Avropa Birliyi ölkələrinin sənayesi hələ də potensialını artırır, buna görə də sursat istehsalı davam edir: “Mən təkid etmək istəyirəm ki, biz Ukraynanı dəstəkləyəcəyik, Rusiya ərazisini hədəfə almaq imkanını özümüzə götürürük”.

Eyni zamanda, Borrell bildirib ki, Avropa İttifaqı Rusiya ilə müharibəyə getmək istəmir, Ukraynaya Rusiya təcavüzünə qarşı mübarizədə kömək etmək istəyir.

Borrell vurğulayıb ki, Ukraynaya hərbi təlimatçıların göndərilməsi gündəmdə deyil.

 

 

İlhamə

Gununsesi.info