Avropa İttifaqı parlamentinin sədri yeznəsini aparat rəhbəri təyin edib

  • By Günel
  • 30 Avqust 2024 15:59

Avropa Parlamentinin sədri Roberta Metsola yeznəsini özünün aparat rəhbəri təyin edib. Bu barədə “Politico” yazır.

Mettyu Tabone 2013-cü ildən Avropa Parlamentində Metsolanın yanında işləyir. O, yeni vəzifədə Letisiya Suleta de Reals Ansaldonu əvəzləyəcək. Ansaldo parlamentdə başqa vəzifəyə keçir.

Avropa Parlamentinin Maltadan üzvü Aleks Aqius Saliba Facebook-da Metsolanın addımını “azğın nepotizm” adlandırıb. Aqius Saliba Leyborist, Metsola onun əzəli rəqibi Milliyyətçi partiyasındandır.

“Təsəvvür edin ki, mən, yaxud Leyborist Partiyasının başqa bir üzvü ailə üzvünü ofisində yüksək vəzifəyə təyin edir”, – Aqius Saliba yazıb.

Tabone illərlə Metsolanın yaxın köməkçisi olub, 2015-ci ildə onun bacısı ilə evlənib. Metsola daha sonra Avropa Parlamentinin sədri seçilib.

Metsolanın sözçüsü “Politico”ya bu təyinatla bağlı şərh verməyib.

Gununsesi.info