İran bir neçə nüvə bombası yaratmağa qadirdir - MAQATE

İran beynəlxalq tələblərin əksinə olaraq, demək olar ki, silah səviyyəsinə qədər zənginləşdirilmiş uran ehtiyatlarını növbəti dəfə artırıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) məxfi hesabatına istinadən Associated Press məlumat yayıb.

Mütəxəssislər İranda 164,7 kiloqram 60% zənginləşdirilmiş uran olduğunu bildirirlər. Bu, MAQATE-nin may ayında ilkin hesabatından bəri 22,6 kiloqram artım deməkdir.

İranın ümumi zənginləşdirilmiş uran ehtiyatı 5751,8 kq təşkil edir.

“60% saflığa qədər zənginləşdirilmiş uran 90% silah səviyyəsindən yalnız qısa bir texniki addımdır.

MAQATE-nin hesablamalarına görə, 60%-ə qədər zənginləşdirilmiş 42 kiloqrama yaxın uran nəzəri cəhətdən bir atom bombası yaratmağa imkan verəcək.

Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi bildirib ki, İranın atom bombası yaratmaq üçün kifayət qədər zənginləşdirilmiş urana sahib olmasına “aylar yox, həftələr” qalıb.

 

 

 

Şəbnəm

Gununsesi.info