
İngiltərənin “Çelsi” klubunun qapıçısı Corce Petroviç karyerasını Fransada davam etdirəcək.
Gununsesi.info xəbər verir ki, 24 yaşlı serbiyalı qolkiper cari mövsümün sonuna kimi “Strasbur” kollektivinin şərəfini qoruyacaq.
O, icarə əsasında Liqa 1 təmsilçinin uğurları üçün çalışacaq.
Qeyd edək ki, ötən mövsüm “Çelsi”yə transfer olunan Petroviç londonluların heyətində 31 oyun keçirib.
Gununsesi.info