İmaməddin finalda!

  • By ilhame
  • 30 Avqust 2024 21:39

Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.

Gununsesi.info xəbər verir ki, K44 kateqoriyasında, 70 kq çəki dərəcəsində yer alan idmançı bu mərhələdə Javokhir Alikulovla (Özbəkistan) üz-üzə gəlib.

Rəqibinə 7:2 hesabı ilə qalib gələn Xəlilov finala vəsiqə qazanıb.

Bununla da parataekvondoçumuz ən azı gümüş medalı özü üçün təmin edib.

Gununsesi.info