Borrell: Bu, Ukraynaya hərbi yardım üçün istifadə ediləcək

  • By ilhame
  • 30 Avqust 2024 19:17

Aİ Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirin növbəti tranşını 2025-ci ilin martına qədər Ukraynaya hərbi yardım üçün istifadə edəcək.

 

Gununsesi.info xəbər verir ki, bunu Aİ diplomatiyasının rəhbəri Cozep Borrell Brüsseldə mətbuat konfransında deyib.

“Mart ayına qədər aktivlərdən əldə edilən gəlirin ikinci tranşı olacaq. Bu, Ukraynanın müdafiə sənayesini gücləndirməyə yönəldiləcək”, – o bildirib.

 

Borrelin sözlərinə görə, 1,5 milyard avroluq birinci tranşın bir hissəsi müdafiə sənayesini gücləndirmək üçün artıq birbaşa Ukraynaya göndərilib.

Gununsesi.info