
İsveçrənin Avropa İttifaqı (Aİ) və NATO ilə hərbi əməkdaşlığı partlayıcı olacaq.
Gununsesi.info xəbər verir ki, bunu Cenevrə Təhlükəsizlik Siyasəti Mərkəzinin qlobal və inkişaf etməkdə olan risklər departamentinin rəhbəri Jan-Mark Rikli deyib: “NATO və Aİ ilə hərbi əməkdaşlığın artırılması çağırışları İsveçrədə çoxlu mübahisələrə səbəb ola bilər”.
Belə ki, ekspert İsveçrə Müdafiə Nazirliyinin hesabatını şərh edərək, ölkənin neytral statusuna baxmayaraq NATO ilə yaxınlaşmağa çağırıb.
Rikli hesabatı İsveçrə cəmiyyəti üçün potensial olaraq “partlayıcı” adlandırıb.
Ekspertin fikrincə, ölkənin Müdafiə Nazirliyinin hesabatı “İsveçrənin Qərb ölkəsi olduğunu və buna görə də Qərb dəyərlərini dəstəklədiyini açıq şəkildə göstərir”.
Xatırladaq ki, avqustun 21-də İsveçrə Federal Şurası ölkənin qoşunların və hərbi texnikanın ittifaq ərazisində hərəkətini asanlaşdırmağa yönəlmiş Aİ-nin Hərbi Mobillik layihəsinə qoşulmasını təsdiqləyib.
Sonradan məlum oldu ki, sentyabrda NATO-nun İsveçrədə nümayəndəliyi açılacaq və orada bir işçi çalışacaq.
Günay
Gununsesi.info