“Araz-Naxçıvan” Azərbaycan Premyer Liqasında qələbə qazanıb

  • By ilhame
  • 30 Avqust 2024 22:05

Futbol üzrə Azərbaycan Premyer Liqasında V turun daha bir oyunu keçirilib.

 

Gununsesi.info-nun məlumatına görə, günün ikinci matçında Sumqayıtın eyni adlı klubu doğma meydanda “Araz-Naxçıvan”la qarşılaşıb.

 

Görüş qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb – 1:0. Yeganə qolu 56-cı dəqiqədə Miço Kuzmanoviç “gənclik şəhəri” təmsilçisinin qapısına vurub. Mövsümdə ikinci qələbəsini qazanan Elmar Baxşıyevin rəhbərlik etdiyi klub xallarının sayını 7-yə çatıdırb.

 

Qeyd edək ki, günün ilk matçında “Turan Tovuz” evdə “Səbail”ə 1:0 hesabı ilə qalib gəlib.

Gununsesi.info