Aİ 60 minə yaxın ukraynalı hərbçiyə təlim keçib

  • By ilhame
  • 30 Avqust 2024 19:23

Avropa İttifaqı (Aİ) ölkələrində təlim keçmiş ukraynalı hərbçilərin sayı 60 minə çatacaq.

 

Gununsesi.info “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bunu Almaniya Müdafiə Nazirliyinin katibi Tomas Hitşler Brüsseldə Aİ müdafiə nazirlərinin görüşündə bildirib.

 

“Aİ çərçivəsində təlim keçdiyimiz bu hərbçilər təlimlərdən sonra Ukraynaya qayıdacaqlar”, – o qeyd edib.

 

T.Hitşler əlavə edib ki, Almaniya bu ilin sonuna qədər on min ukraynalı əsgərə təlim keçməyi planlaşdırır.

Gununsesi.info