
Aİ üzvləri Nikolas Maduronun Venesueladakı seçkilərdəki qələbəsini sübut edəcəyinə ümidlərini itiriblər və onun seçilmiş prezident kimi legitimliyini tanımırlar.
Gununsesi.info xəbər verir ki, bunu avqustun 29-da Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Xosep Borrel bildirib: “Avropa Şurası Maduronun prezident kimi demokratik legitimliyinə malik olmadığına qərar verdi”.
O, qeyd edib ki, Maduro onun qələbəsini göstərən seçkilərdə ətraflı səsvermə nəticələrini açıqlamaqdan imtina edib: “Heç bir hesablamalar və yoxlamalar olmadığından və heç vaxt olmayacaqdan qorxduğumuz üçün Maduronun Venesuelanın seçilmiş prezidenti kimi legitimliyini tanıya bilmərik. O, de-fakto prezident olaraq qalacaq, lakin biz yoxlanılması mümkün olmayan nəticələrə əsaslanaraq demokratik legitimliyi inkar edirik”.
Şəbnəm
Gununsesi.info