“Memar Əcəmi” yaxınlığında sakinləri narahat edən hallar aradan qaldırıldı

  • By ilhame
  • 30 Avqust 2024 20:22

Paytaxtın Nəsimi rayonunda Memar Əcəmi metrostansiyasının yaxınlığında ictimai iaşə obyektlərində sakinləri narahat edən hallarla bağlı polis əməkdaşları tərəfindən tədbirlər görülüb.

Gununsesi.info xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin media və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Qafarov bildirib.

O qeyd edib ki, həmin ərazidə mövcud olan sanitar-epidiemoloji vəziyyət, ictimai iaşə obyektlərinin yol verdiyi məişət səs-küyü və digər neqativ hallarla bağlı təkcə son 1 ay ərzində 9 müxtəlif məzmunda profilaktik tədbir keçirilib.

“Buna baxmayaraq hələ də bəzi obyektlərdə sakinləri narahat edən halların qarşının alınması məqsədi ilə vətəndaşların müraciətləri dərhal nəzarətə götürülüb”, – deyə məlumatda qeyd edilib.

Gununsesi.info