Eurovision 2025 İsveçrənin Bazel şəhərində keçiriləcək

“Eurovision 2025” Beynəlxalq Mahnı Müsabiqəsi Bazeldə (İsveçrə) keçiriləcək.

Gununsesi.info xəbər verir ki, bu barədə müsabiqənin rəsmi saytında deyilir.

Bildirilib ki, Eurovision 2025 Mahnı Müsabiqəsinin Böyük Finalı mayın 17-də Bazeldəki St. Jakob Hallda, yarımfinallar isə mayın 13-də və 15-də keçiriləcək.

Qeyd olunur ki, Cenevrə də tədbirə ev sahibliyi etməkdə iddialılar arasında olub.

Qeyd edək ki, İsveçrə təmsilçisi, ifaçı Nemo İsveçin Malmö şəhərində keçirilən “Eurovision 2024” beynəlxalq mahnı müsabiqəsinin qalibi olub.

 

 

Günel

Gununsesi.info