Belarus MSK-nın sədri seçkiləri izləmək üçün Bakıya gəlib

  • By ilhame
  • 30 Avqust 2024 19:58

Belarus Mərkəzi Seçki Komissiyasının (MSK) sədri İqor Karpenko Azərbaycana gəlib.

Gununsesi.info-nun məlumatına görə bu barədə Belarus KİV-lərdə bildirilib.

Qeyd edilib ki, o, sentyabrın 1-də Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərini izləyəcək.

Səfər çərçivəsində İ.Karpenko bir sıra beynəlxalq müşahidəçilərlə Azərbaycan MSK-nın rəhbərliyi ilə görüşəcək, seçki prosesi ilə maraqlanacaq.

Gununsesi.info