
Almaniya Taliban administrasiyası hakimiyyətə gəldikdən sonra ilk dəfə Əfqanıstan vətəndaşlarını deportasiya etdiyini açıqlayıb.
Gununsesi.info Almaniya mətbuatına istinadən xəbər verir ki, rəsmi açıqlama ilə Almaniya hökumətinin sözçüsü Şteffen Hebestreit çıxış edib.
Hebestreit neçə əfqanın deportasiya edildiyi barədə məlumat verməsə də, göndərilənlərin hamısının Almaniyada qalmaq hüququ olmayan və onlara qarşı deportasiya qərarı olan Əfqanıstan vətəndaşları olduğunu açıqlayıb.
Hebestreit izah edib ki, hökumət bu cür “qayıtmaları” yenidən başlatmaq üçün böyük səylər göstərir və bununla bağlı müvafiq dövlətləri dəstəkləyir.
Almaniya hökumətinin bu cür repatriasiyalarla bağlı qətiyyətini davam etdirəcəyini vurğulayan Hebestreit, “Almaniyanın təhlükəsizlik maraqları cinayətkarların və təhlükəli şəxslərin müdafiəsi maraqlarından üstün olduğunu izah edib.
Spiegel jurnalının isə xəbərinə görə, 28 Əfqanıstan vətəndaşı bu gün səhər Leypsiqdən təyyarə ilə Kabilə göndərilib.
Hər əfqana 1000 avro verildiyi, onları təyyarədə həkimin müşayiət etdiyi bildirilib.
Günay
Gununsesi.info