
“Financial Times” qəzeti Ukrayna prezidenti Vladimir Zelenskini Pokrovskini müdafiə etməkdənsə, Kursk yaxınlığında hücuma qoşun göndərmək qərarına görə tənqid edən məqalə dərc edib. Nəşr yazır ki, bu qərarına görə “prezident hərbçilər, qanunvericilər və hərbi analitiklər tərəfindən tənqid atəşinə tutulub.
Bildirilir ki,
ABŞ Xarici Siyasət Tədqiqat İnstitutunun əməkdaşı Robert E. Li deyir: “Ukrayna Kurska ehtiyat göndərdi, başqa yerlərdəki boşluqları doldurmaq üçün daha az variant buraxdı. Bəzi daha təcrübəli briqadalar yeni, daha az təcrübəli bölmələrlə əvəz olundu”.
Leytenant bildirib ki, yayda yeni qaydalarla səfərbər olunan hazırlıqsız əsgərlərin göndərilməsi daha bir amildir: “Onlar donurlar. Əsl döyüşdə nə edəcəklərini bilmirlər, ilk partlayışda dönüb qaçırlar .”
Eyni zamanda, hərbçilər əsgərləri deyil, ordunun komandanlıq strukturunu tənqid edir, sistem uğursuzluqları və “döyüş şəraitinin dəyişməsinə qeyri-adekvat reaksiyalar” haqqında danışır.
Şərq cəbhəsində döyüşən ukraynalı jurnalist və əsgər Stanislav Aseev “bölgədə təkcə Pokrovsk deyil, bütün cənub qoşun qrupunun məhv edilməsi” ehtimalından danışıb.
Nəşr Pokrovskini strateji əhəmiyyətli şəhər kimi təsvir edir.
Frontelligence qrupunun analitikləri hesab edirlər ki, Ukrayna rəhbərliyi hələ də yeni briqadalar yerləşdirməklə və ya qüvvələri başqa ərazilərdən köçürməklə cəbhə xəttini gücləndirə bilər.
Şəbnəm
Gununsesi.info