Hərbi hissənin yanacağını satan rəis həbs edildi

  • By admin
  • 30 Avqust 2024 18:11

Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq İdarəsində istintaq olunan cinayət işi üzrə müvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin yanacaq xidmətinin sabiq rəisi, ehtiyatda olan polkovnik-leytenant Məmmədli Rüstəm Ağali oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3, 179.3.2-ci, 341.2.3-cü və digər maddələri ilə ittiham elan edilmiş, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun təqdimatına əsasən, Bakı hərbi məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir”.

Bunu Gununsesi.info-ya açıqlamasında Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəisi Firad Əlihev deyib.

Onun sözlərinə görə, hazırda istintaq davam etdirilir:”Qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcək”.

 

Gununsesi.info