Borrell Ukraynanın F-16-lardan istifadə etdiyini təsdiqləyib

Ukrayna Silahlı Qüvvələri (AFU) artıq Qərb ölkələrinin təchiz etdiyi F-16 qırıcılarından istifadə edir.

Gununsesi.info xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Xosep Borrel deyib: “Hazırda Ukrayna Silahlı Qüvvələri Rusiyanın hücumlarını dəf etmək üçün F-16 qırıcılarından istifadə edir”.

Borrell həmçinin əlavə edib ki, Ukrayna ordusu “Qərbdən, xüsusən də Avropa İttifaqından” maddi dəstək alacağı təqdirdə “döyüşə hazırdır”.

Bundan əvvəl The Wall Street Journal (WSJ) Ukrayna Silahlı Qüvvələrinin aldığı ilk F-16 qırıcısını itirdiyini bildirmişdi.

 

 

 

Şəbnəm

Gununsesi.info