
Xəbər verdiyimiz kimi, bu gün Göygöl rayonunda “Niastol” adlı dərmandan 3-ü azyaşlı olmaqla 4 nəfər zəhərlənib. Onlardan biri – 10 yaşlı uşaq vəfat edib.
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən Gununsesi.info -ya verilən məlumata görə, Azərbaycan Respublikası Dərman Vasitələrinin Dövlət Reyestrində “Niastol” adda məhsul qeydiyyatdan keçməyib və idxalına icazə verilməyib.
Qeyd edək ki, hadisənin uşaqların başlarını bit dərmanı ilə yuduqlarına görə baş verdiyi ehtimal olunur.
Gununsesi.info