
Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyəni 30 avqust – Zəfər bayramı münasibətilə təbrik edib.
Gununsesi.info xəbər verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib.
“Qardaş Türkiyənin İstiqlal müharibəsinin həlledici qələbəsini, türk xalqının qətiyyəti və iradəsini simvolizə edən 30 avqust – Zəfər bayramı münasibətilə Türkiyə dövləti və xalqını ürəkdən təbrik edir, qardaşlıq və müttəfiqlik telləri ilə bağlı olduğumuz Türkiyəyə daim yeni zəfərlər arzu edirik”, – deyə paylaşımda qeyd olunub.
Gununsesi.info