ABŞ-da azərbaycanlılara qarşı terror aktı hazırlayan erməni axtarışa verilib

  • By ilhame
  • 30 Avqust 2024 22:13

ABŞ-da erməniəsilli keçmiş tələbə Aram Brenson Çikaqo Universitetinin yataqxana otağında bomba hazırlamaqda ittiham olunur.

 

Gununsesi.info xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

 

Məlumata görə, A.Brenson Çikaqo Universitetinin yataqxanasında partlayış törədib, daha sonra yalan məlumat yaymaqla bu faktı gizlədib. Bundan əlavə, o, partlayıcı qurğunun istehsalı üçün gizli planlar hazırlamaqda ittiham olunur.

 

Qeyd olunur ki, 21 yaşlı A.Bransonun çantasında partlayıcı olması səbəbindən “Loqan” Beynəlxalq Hava Limanında həyəcan siqnalı işə düşüb. O, saxta məlumat verməkdə və məlumatı gizlətməkdə, habelə federal quruma yalan ifadələr verməkdə ittiham olunur.

Gununsesi.info