Tambovlu iş adamları oktyabrda Azərbaycana səfər edəcəklər

  • By ilhame
  • 30 Avqust 2024 19:02

Rusiya Federasiyasının Tambov vilayətindəki “Moy biznes” Mərkəzi bu ilin oktyabr ayında Azərbaycana biznes missiya təşkil edəcək.

 

Gununsesi.info bu barədə Rusiya KİV-nə istinadən xəbər verir.

 

İşgüzar missiyanın Bakıya səfəri oktyabrın 2-3-nə planlaşdırılıb.

 

Nümayəndə heyətində Tambov vilayətinin ixrac şirkətləri təmsil olunacaq.

 

Biznes missiya Rusiyanın “Kiçik və orta müəssisələr” və “Beynəlxalq əməkdaşlıq və ixrac” milli layihələri çərçivəsində təşkil olunur.

Gununsesi.info