“Qafqazın şeyxi viski içməlidi” - Orxan Saffaridən yeni şeirlər

“Bəşir Səfəroğlu küçəsinin şeiri”

Axxx, bu pab köşələrində ruhu kirlənən
“malaletkalar”
və qulağı sırğalı müasir “pidrlar”

Əslində, əlimdə olsa,
olsa çox böyük imkanım,
məsələn, Amerikanın Prezidenti olsam,
dayandırmazdan əvvəl müharibələri,
çağıraram liderləri
və İngiliscə,
saxlayıb ayaqüstə danlayaram onları
Beləcə,
acizanə alçaldaram zəif prezidentləri

Əlimdə olsa, bəlkə də, bu dünyada hamıya nəsə verərdim
Amma Bəşir Səfəroğlu küçəsindəki pişiyə bir tikə də vermərəm
Ola bilsin, cani olsam, içərəm qanlarını da.

Bəli, bu gündən mən də rəhmsizəm.

Onsuz da, hamı rəhmsizdi dünyada

Allah da istəyir ki, nəsə istəyəndə yalvarım ona

Xülasə,
indi mən arxcamca polis yox,
istəyirəm,
bir topal qaçsın
Qaçsın və yıxılsın.

Baxım ona,
Gülüm doyunca.
Bu qaranlıq küçə boyunca
Köməyinə gəlməsin heç kim
Yaxın gəlim, qoyum ayağımı üstünə, qalxa bilməsin və deyim:

Onu sevdiyimi dünyaya dediyim, heç kimdən gizlətməyim qız,
Məni “nizvesni” yığır, ay oğraş

 

“Heç kimə demədiyim arzular”

Məni vurmayan ilan min yaşasın
Mən gördüyüm əqrəbi özüm sancaram

Əgər bir gün intihar etsəm,
ölümlə mırtlaşaram

Məsələn,
Özümü tualetdən asaram.

Ürəyimdəkiləri açıb töksəm,
Üç ildən yeddi ilə iş düşür

Bir qadın tapmadım etsin biş-düş
Tapdığım qadınlar arıqlamaq üçün patı çəkir

Hər dəfə Aşurada məscidə getdim
Vurdum kürəyimə zəncir
Hər dəfə də arzuladım,
Bir qadın istəyirəm,
Özüdəki zənci

Hə, məndən nə gözləyirdiniz?

Düzünü desəm,
Moskvada erməni qızı zorlamaq istəyirəm
Tarqovudakı jurnalist deyir,
Erməni uşağını öldürərdiniz?

Ona görə,
Siz məni başa düşməzsiniz,
Siz Mister Bin-ə baxanda gülən adamlarsınız
Çünki başa düşə bilmirsiniz onun kədərini də

Bəli,
Daha dəyişdim mən də

Həyatımda baş verən hadisələrə soyuqqanlı yanaşa-yanaşa
üşüdüm

Bilmək istəyirsinizsə,
mən dəliyəm,
Buynuzum çıxıb

Siz yalançısınız
Burnunuz uzanmayıb.

“Kəndirbaz dostuma demədiklərim”

Bu gün,
səhər saatlarında
kəndirbaz dostum özünü asdı.
Mən istəyərdim,
yıxılıb ölsün.

Partladı şəhərin ortasında
bir kamikadzenin ürəyi.

Öldürə bilmədi Texasda bir killer öz hədəfini

Ayrılığın rəngi nədi?-soruşdum sevgilimdən
Dedi, qara.
Dedim, yox, qara rəng deyil
Qara ağın yoxluğudu

Əl-qərəz.

Məncə, insan başından böyük pox yeməməlidi

Yeməlidir,
mədəsi tutduğu qədər

Əmmaməli molla kloundan daha gülməlidi
Bu qədər dərd-sər içində
Qafqazın şeyxi viski içməlidi

Bu da son:

Zirvəyə qalxa bilmirsənsə,
Dibə enməlisən.

 

Orxan Saffari

 

 

Gununsesi.info