Bir cizgi filmi 1,9 milyard dollar qazanaraq nəhəngləri çökdürdü

Fantastik cizgi filmi “Ne Zha 2” kassa uğuruna görə bütün zamanların ən çox gəlir gətirən 10 filmindən birinə çevrilib. 1 milyard 900 milyon dollar gəlir əldə edən Çin filmi bu günə qədər 160 milyon insan tərəfindən izlənilib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, “Ne Zha 2” 2019-cu ilin hit “Nezha” filminin davamıdır. Film 16-cı əsrdə Çinin “Tanrıların qətiyyəti” romanı əsasında çəkilib, burada sehrli güclərə malik qəhrəman bir uşağın Çentangquan adlı qala şəhərciyini müdafiə etməyə cəhdindən bəhs edir.

Ne Zha 2 16-cı əsrin klassik romanı “Fınqşın Yanyi (Tanrıların Müəyyənliyi)” əsasında çəkilmiş cizgi filmidir və Çin Buddizmində qoruyucu tanrı “Ne Zha”nın (Nı Ca) uşaqlıq macəralarından bəhs edir.

“Ne Zha 2” filminin kassa gəlirinin 99 faizindən çoxu Çin kassasından gəlir. 

Ne Zha 2, Avatar və Avengers kimi filmləri geridə qoyub.

Orxan Saffari

Gununsesi.info