“İnter”in sabiq prezidenti final günü öldü

İtaliyanın “İnter” klubunun sabiq prezidenti Ernesto Pelleqrini vəfat edib.

Gununsesi.info xəbər verir ki, 84 yaşlı funksioner komandasının UEFA Çempionlar Liqasının finalı oyunu günü dünyasını dəyişib.

Xatırladaq ki, Pelleqrini 1984-1995-ci illərdə “İnter”in sahibi olub. Onun rəhbərliyi altında “neradzurri” İtaliya çempionatı (1989), İtaliya Superkuboku (1989) və iki dəfə UEFA Kubokunu (1991, 1994) qazanıb.

O, 1995-ci ilin fevralında klubdakı paylarını Massimo Morattiyə satıb. “İnter” 2020-ci ildə Ernesto Pelleqrinini klubun Şöhrət Zalına daxil edib.

Qeyd edək ki, “İnter” bu gün Çempionlar Liqasının finalında PSJ ilə qarşılaşacaq.

Gununsesi.info