Kəlbəcər sakini Goranboyda minaya düşdü

Goranboyda 45 yaşlı kişi minaya düşüb.

Gununsesi.info -nun məlumatına görə hadisə rayonun Qaraçinar kəndinin yaxınlğında Baranbat meşəsi ərazisində qeydə alınıb.

Belə ki Kəlbəcər rayonun sakini 1980-ci il təvəllüdlü Q.Abbasov mina partlaması nəticəsində ağır xəsarət alıb.

Xəsarət alan şəxs xəstəxanaya aparılıb.

Məlumata görə Q.Abbasov meşə ərazisində mal-qara otaran zaman minaya düşüb.

Faktla bağlı araşdırma aparılır.

 

 

 

Gununsesi.info